Maqazin

“Beş mühafizəçi ilə gəzirlər…” – “Sən xalqa xidmət etməlisən!”

“Beş mühafizəçi ilə gəzirlər…” – “Sən xalqa xidmət etməlisən!”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün sıravi vətəndaşlar sadəliyə daha çox qiymət verir. Mən vaxtilə demişdim ki, gün gələcək yanında 5 mühafizəçi ilə gəzən məşhurlar hamısı sıradan çıxacaq…”

Bu sözləri Yenisabah.az-a müğənni Əlikram Bayramov deyib.

Sənətçi insanların şou-biznes nümayəndələrini sadə görmək istədiyini deyib. Onun sözlərinə görə, müğənni ilk növbədə xalqın sevgisini qazanmalıdır:

“Vallah-billah, bu gün heç kəs baxmır ki, filan müğənni hansı maşınla gəlib, markası nədir, qiyməti nədir. Onlara ilk növbədə insanlıq maraqlıdır. Heç kəs demir ki, “Vay dədəm, gör, Əlikram hansı maşınla məclisə gəlib”. Şükür Allaha ki, artıq belə şeylər yoxdur, bu əla oldu. Sadəliyi insanlardan öyrənmək lazımdır, sənət adamı sadə olar. Həmkarım Nüşabənin oğlunun toyuna Türkiyədən İbrahim Tatlısəs gəldi, biz o məclisdə gördük ki, kişi necə sadə adamdır. Xaricilər bizimkilər kimi deyil, biz onları tanıyırıq, onlar bizi tanımır, amma bizdən daha təvazökardırlar. Biz özümüzdən əməlli-başlı ulduz düzəltmişik. İki dənə mahnı oxuyub, beş adamın sevgisini qazanmısan, get onların qarşısında baş əy. Sən xalqa xidmət etməlisən, onlara qaynayıb-qarışmalısan. Adam tanıyıram ki, onu 15 dəqiqə təqdim etməsəm buyurub məclisə gəlmir. Qapının ağzında dayanır, gözləyir ki, onu təqdim edib, çağırım, sonra içəri girsin, ona qədər də orda-burda gizlənir, dayanıb gözləyir. Bəlkə də şou-biznesin qanunu onlar bilir, mən yox. Elə ona görə də Biləcəridən o tərəfə tanınmırlar. Allah kimə nə verirsə, sadəliyə görə verir. Bu millətə canım qurban. Elə sənətçilər var ki, yolda pərəstişkarları yaxınlaşır, şəkil çəkdirmək istəyir, amma onu əli ilə itələyir. Onlar nankor adamlardır. Səni ulduz edən məhz o itələdiyin xalqdır, onların gözündən düşməyin üçün bircə an kifayətdir”.

Müğənni tez-tez fəxri ad davası döyən həmkarlarına da cavab verib:

“Azərbaycan incəsənətinin böyük xalq sənətkarları var, bizlər də oxuyuruq, sevilirik. Mən toydan bura gəlmişəm. Bəzən kinayəli-kinayəli deyirlər ki, “sən toy müğənnisisən”, bəli, bunu danmıram, məni toydan buralara gətiriblər. Toy müğənnisi olmaq məgər pisdir? Heydər Əliyevin olduğu məclisdə iştirak edirdim, orda Ulu öndər dedi ki, “Toydan böyük bayram yoxdur”. Musiqidə inkişaf etmək üçün birinci xalqın sevgisini qazanmaq lazımdır. Bəzən heç nə etməmiş, oxumaqla deyirlər ki, “Bəs mənim fəxri adım nə oldu?!” Nə olsun, yaxşı oxuyursan, oxuyursansa, xalq səni sevir, ondan böyük sevgi varmı? Mən belə qəbul edirəm, 30 ildir həmçinin dövlət işində çalışıram, amma bir dəfə də deməmişəm ki, mənə niyə ad vermirsiniz?”