Dünya

“Ukraynanın NATO-dan imtinası yetərli deyil, Rusiya üçün təhlükəsizlik zəmanətləri lazımdır”

“Ukraynanın NATO-dan imtinası yetərli deyil, Rusiya üçün təhlükəsizlik zəmanətləri lazımdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ, NATO və Qərb Rusiyaya qarşı proksi-müharibə aparır…”

“Zelenski həmsöhbət kimi etimad doğurmur, çünki təcrübəsizdir və müstəqil deyil…”
“Xüsisi əməliyyat maksimum ehtiyatlı və mülayim aparılır, yoxsa xeyli tez başa çatacaqdı…”
Medvedev Rusiyanın Ukraynada ən başlıca məqsədini açıqlayıb…
Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyat”ı üçüncü dünya savaşına yol verməmək üçün aparır.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Fransanın LCI telekanalına müsahibəsində bəyan edib.
“Biz üçüncü dünya savaşının baş verməməsi üçün hər şey etməliyik, ölkəmizin siyasəti məhz buna yönəlib”, – Rusiyanın keşmiş prezidenti deyib.
Onun sözlərinə görə, əgər Ukrayna NATO-ya daxil olsaydı, sonra Rusiyaya qarşı hərbi əməliyyata başlasaydı, üçüncü dünya savaşı başlayacaqdı.
O, vurğulayıb ki, məhz ABŞ, NATO və Qərb “Ukraynada münaqişəni hər vasitə ilə qızışdıraraq, Rusiyaya qarşı proksi-müharibə aparır”, bu, Ukrayna ordusuna “atıcı silahlardan tutmuş hamıya məlum olan “HIMARS” kimi yaylım atəşli reaktiv sistemlərədək silah tədarükündə özünü büruzə verir.
Bu zaman Medvedev əmindir ki, Ukraynaya hərbi yardım üçün ayrılan milyardlarla vəsaitin böyük hissəsi Şimali Amerika şirkətlərinin cibinə gedəcək, sonradan cinayətkar yolla digər ölkələrə ötürüləcək və “qaçaqmalçı axın”a çevriləcək.
Sülh bağlanması şərtlərindən danışarkən, Medvedev bəyan edib ki, Ukraynanın NATO-dan imtina etməsi yetərli deyil, indi Rusiya Federasiyası üçün təhlükəsizlik zəmanətləri lazımdır.
O, həmçinin qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski həmsöhbət kimi danışıqlarda etimad doğurmur, çünki təcrübəsizdir, başqa ölkələrdən asılıdır.
“Bu adam öz vəzifəsinə seçiləndə bircə gün belə dövlət təcrübəsinə malik olmayıb, yalnız prezident haqqında seriala çəkilməsilə məşhurlaşıb. Bu adam ölkəmizlə normal, dolğun danışıqlar aparmaqdan imtina edib, yalnız Qərb ölkələri və ABŞ-ın dəstəyinə bel bağlayıb. Hətta Ukrayna Təhlükəsizlik Xidməti ərazisində iki mərtəbəni Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələri məşğul edib. Bu mənada onu müstəqil olan prezident kimi qəbul etmək olarmı?”- Medvedev sual edib.
O, həmçinin qeyd edib ki, “xüsusi əməliyyat maksimal olaraq ehtiyatlı, mülayim variantda” aparılır, rusiyalı hərbçilər yalnız Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatları aparır.
“Əgər vəziyyət başqa cür olsaydı, siz anlaya bilərsiniz ki, bu kampaniya xeyli tez başa çatacaqdı. Bütün infrastruktur, qərar qəbul edilən mərkəzlər, hakimiyyət orqanları və s.tam dağılacaqdı”, – o, bəyan edib.
Bundan öncə Medvedev özünün “Telegram-kanal”ında məlumat verib ki, Ukraynada hadisələrin inkişafının cəmi “bir yarım” ssenarisi var- hər şey Kiyevdə bitəcək.