Aktual

FTB-dən yeni Tramp AÇIQLAMASI: “184 məxfi sənəd tapılıb və …”

FTB-dən yeni Tramp AÇIQLAMASI: “184 məxfi sənəd tapılıb və …”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın Floridadakı evində FTB agentləri tərəfindən aparılan axtarış zamanı keçmiş prezidentin evində 184 məxfi sənədin tapıldığı bildirilib.

7Times.az  Musavat.com-a istinadla xəbər verir ki, Trampın evində tapılan 15 qutunun ilkin analizləri barədə təfərrüatlar açıqlanıb.
Trampın evində tapılan 15 qutunun ilkin müayinələrinin təfərrüatlarını əks etdirən sənədlərdə deyilir ki, “FTB agentləri 16-18 may 2022-ci il tarixləri arasında Milli Arxivlər və Qeydlər İdarəsinə (NARA) verilmiş 15 qutunun ilkin müayinəsini həyata keçiriblər. İndiyə qədər 15 qutunun  14-ə baxış keçirilib, məxfi sənədlər müəyyən edilib. İlkin baxış zamanı 184 məxfi unikal sənəd, 67 özəl, 92 gizli və 25 tam məxfi sənədlər müəyyən edilib.
Hesabatda həmçinin istintaqa cəlb olunan FTB agentlərinin “zorakılıq təhdidləri” aldıqları açıqlanıb.
Qeyd edək ki, bu ayın əvvəlində FTB agentləri keçmiş ABŞ prezidenti Donald Trampın Mar-a-Laqodakı evində axtarış aparıb və Trampın evində çoxsaylı məxfi sənədlər aşkar ediblər. Mənbələrin məlumatına görə, Trampın evində 20 qutudan çox məxfi qeyd olunan əşyalar tapılıb. FTB agentləri bildiriblər ki, cəmi 11 məxfi sənədlər dəstindən 4-ü çox məxfi, 3-ü isə məxfi kimi qeyd olunub. Trampa casusluq aktını pozmaqda, ədalət mühakiməsinə mane olmaqda və federal hökumət sənədlərini məhv etməkdə ittiham olunaraq cinayət işi açılıb. Digər tərəfdən, FTB Trampın evində axtarış apardıqdan sonra onun tərəfdarları FTB agentlərinə qarşı zorakılıq təhdidləri ediblər.