Dələduzluq faktlarıyla bağlı cinayətlərin artması həm də bəzi hüquq mühafizə orqanları əməkdaşlarının, müstəntiqlərin və vəkillərin dələduzlarla əlbir olaraq başqasının əmlakını ələ keçirməyə çalışmasıdır. Azərbaycanda bəzi tanınmış vəkillərin bu sahədə xüsusilə “təcrübə” qazandığı bildirilir.
Dələduzluq əməlinin qurbanı olmuş şəxslərdən biri də iş adamı İsmayıl Hüseynovdur. Tovuz rayonunun Qovlar şəhərinin sakini “Hürriyyət.az”a müraciət edərək, özünü vəkil kimi təqdim edən Sevil Hacıyeva tərəfindən aldadıldığı barədə ötən buraxlışlarımızda da məlumat vermişdik. Belə ki, Tovuzun tanınmış iş adamı sayılan və sahibkarlıq fəaliyyəti göstərmiş İsmayıl Hüseynov deyir ki, iki oğlu hazırda həbsdədir. Oğlanlarına vəkillik edən Sevil Hacıyeva Hüseynovlar ailəsinə yalan vədlər verərək, ailənin ümumilikdə 470 000 manat pulunu və əmlaklarını mənimsəyib. Bütün bunlara rəğmən, İ.Hüseynovun hər iki oğlu 9 il müddətinə həbs edilib.
İsmayıl Hüseynov uzun illərdir fermer təsərrüfatıyla məşğuldur. Deyir ki, illərlə çalışıb qazandıqlarını, ailəsinin əmlaklarını dələduzluq nəticəsində itirib.
Şikayətçinin sözlərinə görə, özü də, oğlu da vəkilə inanıb və Rahib Hüseynov müdafiəçi ilə rəsmi nikah bağlayıb. Gəncədəki “Asan Xidmət”də əmlaklar Sevil Hacıyevanın adına keçirilib.
Müflis olmuş iş adamı iddia edir ki, Sevil Hacıyeva təkcə həmkarlarının deyil, bir çox peşə sahiblərinin həsəd apara biləcəyi zirəkliyə və məharətə sahib imiş. O, qısa müddət ərzində bir vəkilin yüz ildə əldə edə bilməyəcəyi sərvətə yiyələnmək üçün əlinə düşmüş tarixi fürsəti əldən verməyib. Belə ki, özündən 10 yaş kiçik Rahib Hüseynovla nikahdan sonra astronomik sürətlə varlanan S. Hacıyeva bahalı mobil telefondan, “zerkalnı” nömrədən tutmuş “Range Rover” markalı avtomobilə sahiblənməklə kifayətlənməyib, Tovuz rayonu Qovlar stansiyasındakı iri fermer təsərrüfatını da öz adına keçirməyə imkan tapıb. İş adamının sözlərinə görə, o, bütün sadalananlardan əlavə, ailənin digər əmlaklarını da mənimsəyib.
İsmayıl Hüseynov əlavə edib ki, hüquq-mühafizə orqanlarına müraciət etsə də, “Sevil Hacıyeva dələduzluq yoluyla ələ keçidiyi pulları rüşvət qismində hüquq-mühafizə orqanlarına verərək, cinayət işini ört-basdır edir”.
Tovuz sakini vəkilin cinayət məsuliyyətinə cəlb olunması, pul və əmlaklarının geri qaytarılmasını tələb edir. Bu məqsədlə prokurorluğa da şikayət edib. Lakin bir il müddət keçməsinə baxmayaraq, prokurorloqda baxılan işin heç bir nəticəsi yoxdur. Görəsən, Baş Prokurorluq niyə bu qədər faktları görməzlikdən gəlir?…
Onu da qeyd edək ki, Sevil Hacıyeva qanunsuz əməllərinə görə Vəkillər Kollegiyasından da kənarlaşdırılıb. Lakin, aldığımız məlumata görə o görə Vəkillər Kollegiyasından kənarlaşdırılmağına baxmayaraq, hələ də vəkil kimi fəaliyyətini davam etdirir.
Baş Prokurorluq işi niyə araşdırmır?…
İsmayıl Hüseynov redaksiyamıza yeni faktlar da təqdim edib. Təqdim edilən səs qeydlərində Sevil Hacıyeva Hüseynovlar ailəsinin Tovuzdakı mənzilini də ələ keçirmək istəyir. Təəssüf ki, faktlar və sübutların olmasına baxmayaraq Baş Prokurorluq işi araşdırmaqda maraqlı deyil. İşin bu qədər uzadılması, üstündən bir ildən çox keçməsi ya Baş Prokurorluq əməkdaşlarının təcrübəsiz olduğunu göstəri, yaxud da burda tamamilə başqa məqsədlər var…
Sevil Hacıyeva və qızları qardaşı arvadına xəsarət yetirdi
Sevil Hacıyevadan təkcə Hüseynovlar ailəsi zərərçəkməyib. Redaksiyamıza müraciət edən onun qardaşı, Xaçmaz rayonu, Gödəkli kənd sakini Yaşar Daşdəmirov da bacısı Sevil Hacıyeva tərəfindən təhdidlərlə üzləşdiyini bildirib. Yaşar Daşdəmirov bildirir ki, evinə gələrək fındıq kisələrini gptürən Sevil Hacıyeva və qızları onun yoldaşına bədən xəsarətləri yetiriblər: “Mən sahədə olan həyətimə gəliblər. Hazır kisədə fındıqlarım olub. Sevilin qızları kisələri götürüb maşınına yığıblar. Yoldaşım da bunu görüb, onlarda niyə kəsələri apardığını soruşub. Daha sonra özü və qızları yoldaşımın üzərinə hücum edərək döyüblər. Bunu eşidən kimi tez sahədən evə gəldim. Dərhal polislə əlaqə saxladım. Yoldaşımın vəziyyəti ağır olduğu və özündən getdiyi üçün təcili yardım çağırdıq. Polis bizdən izahatları aldı. Lakin polis Sevil Hacıyevanın maşınına girə bilməyəcəyini dedi. Bildirdim ki, bizdən oğurlanan fındıq kisələri onun maşındadır. Polis ərizə yazmağımı bildirdi. Ərizə yazdıq. Amma məndən mənimsələnilən fındıq kisələri geri qaytarılmadı. Mənə təxminən 100 azn ziyan dəyib. Yoldaşım tibbi ekspertdən də keçib və polisə təqdim edilib. Baş verənlərdən sonra Sevil Hacıyeva yenidən evə daxil olmağa çalışdı. Keçən il də bu hadisələr baş vermişdi. Bu adam mənə və ailəmi daim təhlükə altında saxlayır. Məqsədi odur ki, özümə aid olan əmlaklarımı əlimdən alsın. İstəyinə çatmayanda, mənə və ailəmə qarşı hücuma keçir. Hüquq-mühafizə orqanlarından ailəmin təhlükəsizliyinin təmin edilmısini xahiş edirəm”.
Dələduzluğun geniş yayılmasının bir səbəbi də məhz bu əməli törədənlərin bir çoxunun cinayət məsuliyyətinə cəlb olunmamasıdır. Azərbaycanda dələduzluq faktlarıyla bağlı bəzi hallarda cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilərək, vətəndaşa mülki qaydada məhkəmələrə müraciət edilməsi tövsiyyə olunur.
Dələduzluğa görə cinayət məcəlləsində təsbit olunan cəzalar müxtəlifdir: “Yüngül maddələrlə dələduzluq törədənlər 1000 manatdan 2000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək müddətə islah işləri, 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədənlər – 4000 manatdan 7000 manatadək cərimə, 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Külli miqdarda ziyan vurmaqla cinayət törədən şəxslər- 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar;
Xüsusilə külli miqdarda ziyan vurmaqla törədildiən dələduzluqlar -10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Hüseynovlar ailəsinə vəkillik etmiş Sevil Hacıyeva onlara yalan vədlər verərək, ailənin ümumilikdə 470 000 manat pulunu və əmlaklarını mənimsəyib. Hər halda burda külli miqdarda mənimsəmədən söhbət gedir.
Ümid edirik ki, baş vermiş hadisələr Baş Prokurorluq orqanları tərəfindən tam ciddi şəkildə araşdırılacaq. Redaksiyamıza təqdim edilən faktlar hər şeyi bütünlüklə ortalığa qoyur. Bu azmış kimi Sevil Hacıyeva qardaşını və onun ailəsini də təhdid edərək, ona məxsus əmlakı ələ keçirməyə çalışır. Hüquqi yollarla bunu edə bilmədik də isə fiziki yolla bunu etməyə çalışı. Hər halda baş vermiş hadisədə də zərərçmiş şəxslər var. İşin araşdırılması polisinin əlindədir. Təəssüf ki, bu cür əməllər törədən və faktların olmasına rəğmən hansısa fövqəlgüc Sevil Hacıyevaya gücü çatmır…
7Times.az
Follow @7timesaz