Dünya

G7 sammitinin təhlükəsizliyi üçün pilotsuz təyyarələrdən istifadə olunacaq

G7 sammitinin təhlükəsizliyi üçün pilotsuz təyyarələrdən istifadə olunacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hüquq-mühafizə orqanları bu il Xirosimada keçiriləcək Böyük Yeddiliyin (G7) sammitində təhlükəsizlik üçün dronlar və süni intellektə əsaslanan texnologiyadan istifadə etmək niyyətindədir.

 

7Times.az  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik Komitəsinin rəhbəri Koiçi Tani bildirib.

Onun sözlərinə görə, bu yolla Yaponiya tərəfi həm yerli sakinlərə, həm də xarici qonaqlara ölkə daxilində yüksək səviyyədə təhlükəsizlik nümayiş etdirə biləcək.

 

Yapon polisi araşdırmadan sonra belə qənaətə gəlib ki, keçmiş baş nazir Şinzo Abenin öldürülməsinin qarşısı alına bilərdi. Eyni zamanda hadisədən əvvəl təhlükəsizlik tədbirlərinin təmin edilməsində də səhvlərə yol verilib.