Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb.
7Times.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə avtobusun Kütayha-Bursa marşrutu üzrə hərəkət edərkən baş verib.
Avtobusun aşması nəticəsində 48 nəfər yaralanıb, bir nəfər isə ölüb.
Yaralılar İnegöl və Domaniçdəki xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.