Maqazin

“Biz sənətə gələndə qalmaqallar yox idi, kimsə xətrimə dəyəndə ona cavab qaytarmıram…” – FOTO

“Biz sənətə gələndə qalmaqallar yox idi, kimsə xətrimə dəyəndə ona cavab qaytarmıram…” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səhnəsiz qaldığım illərdə sənət üçün darıxmışdım. Hərdən tamaşaçılar da sevgilərini mənə bildirib yazırlar ki, “bəsdir, çox istirahət etdiniz, artıq oxumaq lazımdır”. Görürəm ki, onlar da mənim üçün darıxıblar. Amma yorulursan, çəkilişlər olur, zapislər, dəvətlər. Hamısı üst-üstə düşür. Müğənnisən də, istər-istəməz kablokda gəzirsən. Özünüz də bilirsiniz ki, əziyyət çəkməsən, onun bəhrəsini görməzsən. Amma səhnəyə çıxanda sanki nəfəs almağa başladım. Balıq necə susuz yaşayırdısa, mən də elə idim”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Aynur Dadaşova deyib. O daha sonra əlavə edib.
“Evdə oturanda istər-istəməz ev xanımı olursan. Evdə oturan xanımlarımız çox vaxt özünə baxmağa tənbəllik edir. Mən də bir də görürdün ki, saçımı heç iki günlərlə daramırdım, bir də görürdün ki, manikürə gedirəm, sonra deyirdim ki, 2 həftə sonra gedərəm. Sənətə qayıdandan sonra hər şey yerli-yerində oldu. Çünki sən istər-istəməz səhnədə gözəl görünməlisən. Bu rahatlıq əlimdən alınıb. Bəzən düşünürəm ki, yaxşı ki, o illərdə oxumadım. Çünki insanlar mənim üçün darıxdı, illər sonra yenidən sənətə qayıtdım və sevildim. Tamaşaçılar məni unutmağa qoymadılar”, – deyə sənətçi bildirib.
Aynur Dadaşova sənətdəki qalmaqallardan da danışıb.
“Biz o vaxt oxumağa başlayanda belə şeylər yox idi. Hamı bir-biri ilə mehriban idi, başlarını aşağı salıb sənətlə məşğul olurdular. Can deyib, can eşidirdilər. İndi də bir insan xətrimə dəyəndə mən heç vaxt ona cavab qaytarmıram. Öz-özümə deyirəm ki, “Ay Allah, mən ona nə deyim, sən özün görürsən də?”. Ən böyük dəstəkçim Allahdır, ona həvalə edirəm hər şeyi”, – deyə müğənni bildirib.