Maqazin

Silvestr Stallone ilk dəfə həyat yoldaşının ittihamlarına cavab verdi

Silvestr Stallone ilk dəfə həyat yoldaşının ittihamlarına cavab verdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, dünya şöhrətli aktyor Silvestr Stallone ilə həyat yoldaşı model Cennifer Flavin 25 illik evliliklərini sonlandırmaq qərarı alıblar.

Axşam.az xəbər verir ki, aktyor Flavinin onu ailə fondunun vəsaitlərini mənimsəməkdə və dələduzluqda ittiham etməsi ilə bağlı iddialarına ilk dəfə cavab verib. O, ittihamları təkzib edib. Həmçinin, Stallone “Palm Beach”dəki ailə malikanəsini həyat yoldaşının yalnız istifadə etməsinə qarşıdır.

Xatırladaq ki, Cennifer təkcə əmlakı bölmək deyil, həm də ərindən maddi təzminat almaq istəyir. Bundan əlavə, o, məhkəmədən onun boşanma prosesi zamanı əmlakanı əldən çıxarması ilə bağlı hər hansı addım atmasını qadağan etməyi xahiş edir.

Bununla belə, Stallone Flavin iddiasında göstərilən bəzi tələblərlə razılaşır: nikahın xilas ola bilməyəcəyini inkar etmir və modelin qızlıq soyadını qaytarmasına qarşı deyil.

Qeyd edək ki, aktyor Flavindən öncə iki dəfə ailəli olub. İlk həyat yoldaşı 11 illik evliliyindən sonra boşandığı aktrisa Saşa Zak idi. Bu evlilikdən onların iki oğul övladı dünyaya gəlsə də, onların taleyi faciəli olub. Ən böyüyü Sage 2012-ci ildə 36 yaşında ateroskleroz adlı xroniki xəstəlikdən qaynaqlandığı güman edilən infarkt nəticəsində vəfat edib. Ən kiçik oğlu Serxio hazırda 41 yaşındadır və ona autizm spektri pozğunluğu diaqnozu qoyulub. Stallonenin ikinci həyat yoldaşı model və aktrisa Bridcet Nielsen idi – bu evlilik iki il davam edib. Aktyor 1997-ci ildə Flavinlə evlənib, o, Stallonedən 22 yaş kiçikdir: indi onun 54, Falvinin 76 yaşı var. Bu evlilikdən üç qız övladı dünyaya gəlib: Sofiya (26 yaş), Sistine (24 yaş) və Skarlett (20 yaş).