Hollivud ulduzu Natali Portmanın rol aldığı “Lady in the Lake” serialının Amerikanın Baltimor şəhərindəki çəkilişləri dayandırılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb isə bir qrup narkotacirin məkana daxil olaraq çəkiliş heyətini silahla hədələməsi və 50 min dollar istəməsi olub.
Hadisə yerinə dərhal polislər çağırılıb.
Qeyd edək ki, ekran işində müəmmalı qətli ortaya çıxarmaq istəyən Laura Lippmanın hekayəsindən bəhs olunur.
Follow @7timesaz