Dünya

Moskvanı silkələyən olay: Diplomat XİN-ə çağrıldı – Xəbərdarlıq

Moskvanı silkələyən olay: Diplomat XİN-ə çağrıldı – Xəbərdarlıqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Niderlanddakı hərbi attaşesinin rəsmi avtomobilində izləmə qurğusu tapılıb.

7times.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Məlumatda bildirilib ki, izləmə qurğusunun aşkar olunmasından sonra Niderlandın Moskvadakı səfirinin əvəzləyicisi Dominik Bakker-Külinq Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

Hadisə ilə bağlı qarşı tərəfə etiraz bildirilib. Holland diplomata diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd olan bu cür hadisələrin qarşısını almaq üçün dərhal hərtərəfli tədbirlərin görülməsinin lazım olduğu deyilib.

Məlumatda bu cür dostluğa uyğun gəlməyən davranışların onsuz da çətin olan ikitərəfli münasibətlərə xələl gətirdiyi vurğulanıb.

teleqraf.com