Aktual

Almaniya ukraynalı qaçqınlara 200 milyon ayıracaq

Almaniya ukraynalı qaçqınlara 200 milyon ayıracaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Ukraynaya 200 milyon avro məbləğində yeni maliyyə yardımı ayıracaq.

7Times.az xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Svenya Şulze Funke media qrupuna müsahibəsində bildirib:

“Bizim yeni yardımımızın əhəmiyyətli hissəsi Ukrayna hökumətinin məcburi köçkünlərə dəstək proqramına yönəldilməlidir”.

Qeyd edək ki, bu gün Ukraynanın baş naziri Denis Şmıxal Berlinə səfər edəcək.

“Mən baş nazirlə hələ də qaçqınların təchizatı məsələsində Ukrayna hökumətinə necə dəstək ola biləcəyimizi danışacağam. Söhbət mənzil, istilik, geyim və tibbi ləvazimatların verilməsindən gedir”, – Şulze bildirib.