Dünya

Çexiyada kütləvi mitinqlər başladı: “Ukraynaya dəstəyi dayandırın, hər şey bahalaşır” – VİDEO

Çexiyada kütləvi mitinqlər başladı: “Ukraynaya dəstəyi dayandırın, hər şey bahalaşır” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çexiyanın paytaxtı Praqada 70 mindən çox nümayişçi artan enerji qiymətlərinə və Rusiya-Ukrayna müharibəsində hökumətin tərəfli  münasibətinə etiraz edib.
7Times.az  xəbər verir ki, Praqanın əsas meydanlarından olan Venzelə toplaşan etirazçılar “Əvvəl Çexiya” şüarı ilə keçirilən nümayişdə Çexiya bayraqları ilə yanaşı, artan enerji qiymətlərinə qarşı pankartlar daşıyıblar.

Təxminən 11 milyon əhalisi olan ölkədə polisin paylaşdığı məlumatlara görə, hökumət əleyhinə qeyri-hökumət təşkilatlarının təşkil etdiyi nümayişə 70 mindən çox nümayişçi qatılıb.
  Nümayişçilər yüksək enerji qiymətləri səbəbindən hökuməti istefaya çağırıb, çex xalqına və iqtisadiyyatına zərər vurduğu üçün Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının ləğv olunmasını və Çexiyanın neytrallığını tələb ediblər.
 Geniştərkibli nümayişi “Rusiyapərəst” kimi dəyərləndirən Çexiyanın baş naziri Petr Fiala bu vəziyyətin ölkənin maraqlarına zərər vurduğunu söyləyərək ölkədə Rusiyanın təbliğat və dezinformasiya kampaniyasına inananların olduğunu bildirib.
Qeyd edək ki, Avropa İttifaqına sədrlik edən Çexiyada 400 mindən çox ukraynalı mühacir var və rəsmi Praqa Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevral tarixindən Ukraynaya hərbi sursat və logistika baxımından dəstək verən aparıcı ölkələrdən biridir.