Dünya

Boris Consonun son çıxışı: “Məndən bu qədər, millət” – VİDEO

Boris Consonun son çıxışı: “Məndən bu qədər, millət” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boris Conson baş nazir kimi son çıxışını edərək xalqla vidalaşıb.

7Times.az  bildirir ki, o, bu gün səhər Dauninq-stritdəki Baş nazirin iqamətgahı qarşısında çıxış edib.

Conson sözlərinə, “Məndən bu qədər, millət” deyərək başlayıb. Hökumətinin uğurlarından danışan keçmiş baş nazir yeni Mühafizəkarlar Partiyası hökumətinin çətinlikləri, xüsusilə, enerji böhranını aradan qaldıracağını bildirib. O həmçinin, Liz Trassı dəstəklədiyini də deyib. Boris partiyasını Liz Trassın arxasında birləşməyə çağırıb.Qeyd edək ki, dünən hakim Mühafizəkarlar Partiyasının yeni lideri seçilən xarici işlər naziri Liz Trass Boris Consonun istefa ərizəsini Kraliça II Yelizavetaya bu gün təqdim etməsindən sonra Böyük Britaniyanın yeni baş naziri təyin ediləcək. Trassın kabineti ilə bağlı məlumatı günün sonunda elan edəcəyi gözlənilir. O, Marqaret Tetçer və Tereza Meydən sonra Britaniyanın üçüncü qadın baş naziri olacaq.