Efirə üzündə qançırlarla çıxan Solovyovun döyüldüyü ehtimal olunur.
7Times.az xəbər verir ki, rusiyalı jurnalist və təbliğatçı Vladimir Solovyov “Solovyev LIVE” verilişinin canlı efirinə üzündə sıyrıqlarla çıxıb. O, qançırların səbəbləri barədə tamaşaçılara məlumat verməyib.
Jurnalistlər ondan nə baş verdiyini soruşduqda o, belə cavab verib: “Sizin işiniz deyil!”.
Qeyd olunur ki, jurnalistin sol yanaq sümüyü zədələnib və gözünün altı qaralıb, burnunda və burun körpüsündə də qızartı hiss olunur. “Cəsarətli” və kəskin açıqlamalarına görə siyasətçinin düşmənləri çoxdur. Onlardan biri Solovyovun xüsusi əməliyyat başlayandan sonra xaricə qaçdığına görə dəfələrlə ona qarşı mənfi fikirlər səsləndirdiyi ulduz müğənni Alla Puqaçovadır. Xüsusilə “sərt” teleaparıcı avqustun sonunda Rusiyaya qayıtdıqdan sonra Primadonnaya yenidən “ilişib”.
Sentyabrın 1-də jurnalistlərə açıqlama verən Puqaçova “bir adamın üzünə yumruq vurmaq” xəyalında olduğuna eyham vurub. Bununla belə, müğənni konkret ad çəkməyib. Sonradan Puqaçova sosial şəbəkələrdə Solovyovun “qəzəb və kobudluqdan partlaya biləcəyini” bildirib.