Dünya

Rumıniya hərbi gəmisi Qara dənizdə minaya düşdü – 75 hərbçi təhlükə altındadır

Rumıniya hərbi gəmisi Qara dənizdə minaya düşdü – 75 hərbçi təhlükə altındadırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniya hərbi gəmisi Qara dənizdə minanı zərərsizləşdirməyə çalışarkən partlayış baş verib. 

Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, məlumatı Rumıniya Müdafiə Nazirliyi təsdiqləyib.

 

Məlumatda qeyd edilir ki, güclü külək və dalğalar səbəbindən komanda tapşırığın öhdəsindən gələ bilməyib.

Rumıniya Müdafiə Nazirliyi bildirib ki, gəmiyə Konstansa limanından təxminən 25 mil şimal-şərqdə mina olması barədə xəbərdarlıq edilib. Lakin güclü dalğalar və külək səbəbindən komanda onu zərərsizləşdirə bilməyib. Nəticədə mina partlayıb.

“Partlayış nəticəsində ölən və yaralanan yoxdur, gəmidə olan 75 hərbçi təhlükə altındadır, gəminin üzmə qabiliyyətinə təsir göstərməyib, göyərtədə ciddi xəsarət yoxdur”, – Rumıniya hərbi idarəsi bildirib.