AVRO-2020-nin pley-off mərhələsinin oyunlarına start verilib.
7times.az xəbər verir ki, Avropa çempionatına son dörd vəsiqə uğrunda 16 komanda mübarizə aparıb.
A, B, C və D yolunda hərəsində iki olmaqla, ümumilikdə səkkiz cütlük yarımfinalda üz-üzə gəlib.
8 oktyabr
AVRO-2020
Pley-off, Yarımfinal
A yolu
Bolqarıstan – Macarıstan – 1:3
Qollar: Georgi Yomov, 89 – Villi Orban, 17. Jolt Kalmar, 47. Nemanya Nikoliç, 75
İslandiya – Rumıniya – 2:1
Qollar: Gilfi Siqurdsson, 16; 35 – Aleksandru Maksim, 63 (pen.)
B yolu
Bosniya və Herseqovina – Şimali İrlandiya – 1:1 (PENALTİLƏRLƏ – 3:4)
Qollar: Rade Kruniç, 14 – Nayall Makginn, 53
Slovakiya – İrlandiya – 0:0 (PENALTİLƏRLƏ – 4:2)
C yolu
Norveç – Serbiya – 1:2 (ƏLAVƏ VAXT – 0:1)
Qollar: Matias Normann, 88 – Sergey Milinkoviç-Saviç, 82; 102
Şotlandiya – İsrail – 0:0 (PENALTİLƏRLƏ – 5:3)
D yolu
Gürcüstan – Belarus – 1:0
Qol: Tornike Okriaşvili, 7 (pen.)
Şimali Makedoniya – Kosovo – 2:1
Qollar: Benjamin Kololli, 16 (öz qapısına). Darko Velkoski, 33 – Floran Haderconay, 29
Beləliklə, noyabrın 12-də keçiriləcək final mərhələsində qarşılaşacaqlar:
Serbiya – Şotlandiya
Gürcüstan – Şimali Makedoniya
Şimali İrlandiya – Slovakiya
Macarıstan – İslandiya
Follow @7timesaz