Dünya

Bu ölkələr Kraliçanın dəfn mərasiminə dəvət edilmədi

Bu ölkələr Kraliçanın dəfn mərasiminə dəvət edilmədibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kraliça II Elizabetin gələn həftə bazar ertəsi keçiriləcək dəfn mərasiminə Rusiya, Belarus və Myanma rəsmiləri dəvət edilməyib.

7Times.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Buna səbəb Britaniyanın Moskvanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Qərb dövlətlərinin Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalarda iştirak etməsi olub.

Bununla yanaşı, Birləşmiş Krallıq Myanmaya da qarşı sanksiyalar tətbiq edib.

Londonda keçiriləcək dəfn mərasiminə 500-ə yaxın xarici dövlət xadiminin qatılacağı və Böyük Britaniyanın diplomatik əlaqələri olan əksər ölkələrin dövlət başçılarına dəvət göndərildiyi bildirilib.

Qeyd edək ki, Kraliça Elizabet sentyabrın 8-də 96 yaşında Şotlandiyadakı evində vəfat edib.