Aktual

Balkan ölkələri Əliyev və Putinə Ərdoğan vasitəsilə MÜRACİƏT ETDİLƏR

Balkan ölkələri Əliyev və Putinə Ərdoğan vasitəsilə MÜRACİƏT ETDİLƏRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balkan ölkələri Ərdoğana müraciət edib.

7Times.az  xəbər verir ki, bu barədə çərşənbə günü “Haberler” xəbər portalı Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçiyə istinadən məlumat yayıb.

Bir neçə Balkan ölkəsinin liderləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bu qış Rusiya qazının fasiləsiz tədarükü məsələsini qaldırmağı xahiş ediblər.

“Əvvəlcə biz (Ərdoğan və onu müşayiət edən heyət) Bosniya və Herseqovina, sonra Serbiya, sonra Xorvatiyaya səfər etdik. Bu ölkələrin prezidentləri, baş nazirləri və nazirləri səviyyəsində olan həmsöhbətlərimizin bizə müraciəti belə oldu: “Siz ŞƏT-in sammitində iştirak edəcəksiniz. Xahiş edirik, Putinə, eləcə də yaxşı münasibətdə olduğunuz Azərbaycan Prezidenti İlham Əliyevə deyin ki, onlar gələn qışda bizə verilən yanacaq və qazın həcmini azaltmasınlar”, – Kirişçi deyib.

Xatırladaq ki, Ərdoğan sentyabrın əvvəlində Xorvatiya, Serbiya və Bosniya və Herseqovinada olub.

Qeyd edək ki, ŞƏT sammitinin sentyabrın 15-16-da Səmərqənddə keçirilməsi planlaşdırılır. Sammit çərçivəsində Türkiyə lideri Rusiya Prezidenti Putinlə görüşəcək.(Konkret.az)