Ukrayna Prezidenti Volodimir Zelenskinin korteji Kiyevdə qəza törədib.
7Times.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov feysbukda yazıb.
“Kiyevdə minik avtomobili ilə Ukrayna prezidentinin avtomobili və onu müşayiət edən maşınlar toqquşub. Prezident həkim müayinəsindən keçib, ciddi xəsarət aşkarlanmayıb”, – deyə o bildirib.
Qeyd olunub ki, prezidentin korteji ilə toqquşan avtomobilin sürücüsü xəsarət alıb:
Mətbuat katibi başqa təfərrüatları açıqlamayıb.