Dünya

“ABŞ hər dəfə Ukraynaya nəsə yeni silahlar verir, amma çox az sayda, bu, ağılsızlıqdır…”

“ABŞ hər dəfə Ukraynaya nəsə yeni silahlar verir, amma çox az sayda, bu, ağılsızlıqdır…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Müharibə 5-10 il davam edə bilər. Lakin ABŞ Ukraynaya lazım olanların hamısını versəydi, yarım iidən sonra bu müharibənin sonunu görərdik…”
Birləşmiş Ştatlar Ukraynaya silah tədarükündə məhdudiyyətlər tətbiq edir, əslində, bu, onların öz maraqlarına ziddir.
7Times.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı sabiq səfiri, “Atlantic Council” Avrasiya mərkəzinin baş direktoru Con Herbst “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində bəyan edib.
“Bu, mən deyərdim ki, dediyim problemin mahiyyətidir. Biz bu təhlükəni dəqiq müəyyən edə bilmirik, ona görə də hesab edirik ki, biz sizə istədiyiniz və sizə lazım olan hər şeyi verməməliyik”, – o, belə deyib.
Sabiq səfirin müşahidələrinə görə, hər dəfə Rusiya Ukraynada daha bir dəhşətli cinayət törədəndə, səs-küy qalxır, tənqidlər yağdırılır, o zaman Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinə silah tədarük edir.
“Yəqin siz bilirsiniz ki, bizim “Atlantic Council” mərkəzi bu böhranda Amerikanın xarici siyasətindəki çatışmazlıqları barədə bəyanatlar hazırlayırıq, – Herbst xatırladıb. – Və biz hər dəfə də deyirik ki, daha çox uzaqvuran artilleriya, qırıcılar, raketəleyhinə sistemlər göndərmək lazımdır. Biz bunu etməkdə davam edirik. Amma təəssüf ki, dinamika yoxdur…Onlar əvvəlcə “yox” deyirlər, sonra tənqidə məruz qalırlar”.
Bu zaman ABŞ rəhbərliyi Ukraynaya əvvəllər “yox” dediklərinə “hə” deyirlər, – sabiq səfir vurğulayıb.
“Amma hətta “hə” deməyəndə də, sizı nəsə yeni bir şey verirlər, lakin çox az miqdarda. Bu ki, ağılsızlıqdır. Amma bu təhlükəni özləri hiss edənsə, hər şey aydın olur”, -Herbst qeyd edib.
O, əlavə edib ki, müharibə 5-10 il davam edə bilər. Lakin ABŞ Ukraynaya lazım olanların hamısını versəydi, biz bu müharibənin sonunu, ola bilsin, yarım ildən sonra görərdik”.