Aktual

“Pelosinin İrəvanda səsləndirdiyi bəyanatlar ABŞ-ın Qafqazdakı etibarını sarsıdır” – RƏY

“Pelosinin İrəvanda səsləndirdiyi bəyanatlar ABŞ-ın Qafqazdakı etibarını sarsıdır” – RƏYbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvanda Azərbaycan əleyhinə səsləndirdiyi qəbuledilməz bəyanatları ilə ilk növbədə Amerikanın dövlət maraqlarını zədələyir, ABŞ-ın Cənubi Qafqazdakı etibarını dərindən sarsıdır”.
Bu barədə Media Təhlil Mərkəzindən (MTM) bildirilib.
Qeyd olunub ki, N.Pelosinin Ermənistana səfəri regionda yeni siyasi mənzərənin yaranması deməkdir: “Bu, heç də Ermənistanın xeyrinə deyil. Rəsmi İrəvanın bu qəfil demarşının arxasında yatan mətləblər əvvəl-axır onun üçün başağrısına çevriləcək. Bu, baş verəcəyi təqdirdə Ermənistan öz dövlət müstəqilliyini itirə bilər. Çünki onun qədim müttəfiqi olan Rusiyaya belə arxa çevirməsi Ermənistanın regional proseslərdən kənarda qalmasını və təklənməsini sürətləndirəcək. Yəqin ki, Pelosinin İrəvana səfəri Ermənistanın Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün də bir bəhanə olacaq. Onsuz da Ermənistan bunun baş verməsi üçün müxtəlif bəhanələr axtarırdı. Pelosinin səfəri isə Ermənistanda Rusiyaya qarşı yönələn kütləvi narazılıq və imtina kampaniyasının məntiqi nəticəsi idi”.
Mərkəzin ekspertləri hesab edirlər ki, Rəsmi Moskva hadisələri diqqətlə izləyir və gedişat Ermənistanın arzuladığı kimi olarsa, o zaman bunu onlara bağışlamayacaqlar: “Çünki regionun konfiqurasiyasında Ermənistana sözdə yox, əməldə dəstək verəcək siyasi platforma yalnız qonşulardır. Rəsmi İrəvanın ən böyük tarixi müttəfiqini itirərək uzaq Amerikaya bel bağlaması onun üçün regional manevr baxımından heç də uğurlu seçim deyil. Nensi Pelosinin belə həssas dövrdə İrəvana səfəri əslində, Ermənistana qarşı təxribatdır. Ermənistan hakimiyyətinin bunu görməzdən gəlməsi ölkənin gələcəyini böyük sual altına qoyur. Konqres rəhbərinin səfər çərçivəsində Azərbaycan əleyhinə fikirlər səsləndirməsi isə ABŞ-ın ölkəmizlə qurduğu strateji tərəfdaşlıq əlaqələrinin ruhuna yaddır. Çünki son 30 ildə Azərbaycanla-ABŞ arasında formalaşıb inkişaf edən əlaqələr nəinki ikitərəfli, həmçinin, regional və qlobal müstəvidə narahatlıq doğuran bir sıra məsələlərdə həlledici olub. Hər iki ölkə terrorizmə qarşı mübarizədə eyni mövqedən çıxış edib, bir çox münaqişə ocaqlarının aradan qaldırılmasına xidmət edən sülhyaratma əməliyyatlarında iştirak edib, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında bir-birinə dəstək veriblər. Bütün bunların fonunda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvanda Azərbaycan əleyhinə səsləndirdiyi qəbuledilməz bəyanatlar ikitərəfli əlaqələrin xarakterinə kölgə salır. O, bu bəyanatları ilə ilk növbədə Amerikanın dövlət maraqlarını zədələyir, ABŞ-ın Cənubi Qafqazdakı etibarını dərindən sarsıdır”.
Qeyd olunub ki, N.Pelosinin İrəvanda tablonun qarşısında İran əleyhinə üstüörtülü ifadələr səsləndirməsi də bir çox mətləblərdən xəbər verir: “Bu məsələdə ondan daha çox İrəvan adminstrasiyası məsuliyyət daşıyır və heç cür inanmaq olmur ki, ermənilərin farslarla mübarizəsinə həsr olunan həmin tablonun çıxış etmək üçün fon kimi seçilməsi təsadüfdür. Deyəsən, Rusiyadan sonra indi də xəyanətin hədəfi İrandır. Amma regionda baş verən ən xırda hadisəyə belə cavabsız qalmayan rəsmi Tehran Ermənistandan aldığı bu zərbəyə hələ ki, cavab verməyib. Nensi Pelosi qondarma erməni soyqırımı memorialını ziyarət edəndə göz yaşlarına boğulub. Yəqin ki, bu göz yaşları bir neçə aydan sonra onun səlahiyyət müddətinin başa çatması ilə bağlıdır. Şübhəsiz ki, o Amerika xalqının köhnə və qalmaqallı demokratla yollarını ayıracağını bilir və karyerasının sonunda yaxşı yaşamaq üçün varlı erməni diasporu qarşısında bu cür jestlərin edilməsi, daha təsirli və emosiaonal seçimdir. Əks təqdirdə Pelosi sübuta yetirilməyən saxta tarixin olmayan qurbanlarının əvəzinə 10 minə yaxın işğalçı əsgərin dəfn edildiyi Erablur qəbiristanlığını ziyarət etməli idi. Görünür, bu karyera üçün yaxşı dəlil deyil. Müsahibələrin birində jurnalist Rusiya Prezidenti Vladimir Putindən soruşmuşdu ki, o, bağışlamağı bacarır? Rusiya prezidenti “hə” demişdi, lakin hər şeyi də bağışlamadığını bildirmişdi. Nəyi bağışlamarsınız sualına cavab olduqca dəqiq idi: “satqınlığı””.