Aktual

“1 qoyun sərhədi keçən kimi Paşinyan gecə 3-də Putinə zəng edir” – Tarasov

“1 qoyun sərhədi keçən kimi Paşinyan gecə 3-də Putinə zəng edir” – Tarasovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri Rusiyanı narahat etdi. Bu səfər Prezident İlham Əliyevin toqquşmaların Rusiyanın səyi nəticəsində bitdiyini açıqlamasından sonra reallaşdı. Qərb toqquşmaların guya onların sayəsində dayandığını göstərmək istəyirdi. Məqsəd Rusiyanın təsirini arada qaldırmaq idi”.

Metbuat.az xəbər verir ki, bu barədə Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert rusiyalı Stanislav Tarasov deyib. O, Ermənistan mətbuatına müsahibəsi zamanı bildirib ki, amerikalı nümayəndə Ermənistana dəvət edilməyib və onun səfərinin heç bir nəticəsi olmayıb. Ekspertin sözlərinə görə, sərhəddəki vəziyyətlə bağlı Ermənistanın beynəlxalq qurumlara müraciəti də onlar üçün istənilən nəticəni verməyib:

“ABŞ tərəfi KTMT-nin Ermənistanla bağlı öhdəliklərini yerinə yetirmədiyini irəli sürməyə başlayıb. Bu böyük yalandır. Çünki, sərhəddə hücum yox idi. Lakin həllini tapmalı olduğu bəzi məsələlər var idi. Ermənilər KTMT-nin Qazaxıstana qüvvə göndərdiyini xatırladırlar. Əvvəla orada xarici müdaxilə yox idi. Çevriliş cəhdi var idi. KTMT-dən şikayət edənlər nə gözləyirlər? Qırğızların Ermənistan üçün ölümə getmələrini? Yanılırlar. Qırğızlar Ermənistan üçün ölümə getməyəcək. Burada hücum yoxdur”.

Erməni jurnalistin “Hücum olmadığını deyirsiniz. Lakin çox sayıda qurbanımız var. Bunu inkar etməyəcəksiniz elə deyilmi?” sualına isə ekspert belə cavab verib:

“Ermənilər sərhədin müəyyənləşdirilməsi ilə problemlərin həll edilməsini qəbul etdilər. Daha açıq demək lazımdırsa, A yüksəkliyinin sizə aid olduğunu düşünürsünüzsə onlar da özlərinə aid olduğunu düşünürlər. Ermənistan tərəfdən baxanda bu hücumdur. Azərbaycan tərəfdən isə baxanda bu sərhədlərin müəyyən edilməsidir. Beynəlxalq qaydalara görə bu, hücum deyil. Sülh sazişi digər dövlətin torpaq bütövlüyünü qəbul etdiyiniz anlamına gəlir. Dolayısı ilə Paşinyan sülh danışıqlarına gedərsə bunu qəbul etmiş olar. Sülh sazişi danışıqları və sərhəd məsələsi birgə prosesdir. Lakin siz indi bunları ayrı-ayrı aparırsınız. Bu bir oyundur.

Bu oyunu kim oynayır?

Ermənistandan şübhələnirəm. Ermənistan zaman qazanmağa çalışır. MİNSK qrupunu canlandırmaq istəyirlər. Qarabağın statusunu günədəmə gətirirlər. Ermənistanın xarici siyasəti hamını təəccübləndirir. Küçə uşaqları dövlətin taleyini müəyyən etməyə çalışır. Bu təhlükəlidir. Ermənistan dövlətini itirə bilərlər. Ermənistanda rus dilinə qarşı oyunlar oynayırlar. Bu oyunları oynamaq istəyirsinizsə, oynayın. Bununla siz ümumi elmi məlumat sahəmizdən kənarda qalırsınız. Bir qoyun dərəni keçən kimi Paşinyan gecə saat 3-də Putinə zəng edir. Niyə Baydenə, Makrona zəng etmir? Putinlə nərd oynamağa ehtiyac yoxdur. Çünki, o lazımi anda düzgün zər atmağı bilir.