İdman

Keyn üçün 100 milyon avro təklifi

Keyn üçün 100 milyon avro təklifibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münhen “Bavariya”sı London “Tottenhem”inin və İngiltərə millisinin hücumçusu Hari Keyni almaq istəyir.

7Times.az  “Sky Sport” xəbər verir ki, Almaniya klubu növbəti yay transfer pəncərəsi zamanı bu istiqamətdə fəal işləyəcək:

Bu yay almanlar artıq Keynin nümayəndələri ilə əlaqə saxlayıb. İdmançının özü də Münhen klubuna keçməyin əleyhinə deyil. Böyük ehtimalla “Bavariya” Keyn üçün təxminən 100 milyon avro ödəyəcək.

Xatırladaq ki, 29 yaşlı Keyn bu mövsüm İngiltərə Premyer Liqaslnda 7 matçda iştirak edib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Keynin “Tottenhem”lə müqaviləsi 2024-cü ildə başa çatır.