Dünya

“Bircə onu deyə bilərəm ki…” – Peskov Putinin səfərbərlik qərarından danışdı

“Bircə onu deyə bilərəm ki…” – Peskov Putinin səfərbərlik qərarından danışdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov Putinin son qərarı ilə bağlı açıqlama verib.

 

7Times.az  bildirir ki, gündəlik mətbuat konfransında danışan Peskov qismən səfərbərlik qərarının niyə alındığını bu cür izah edib:

 

“Prezident Vladimir Putin çıxışında xüsusi hərbi əməliyyat zamanı şəraitin necə dəyişdiyindən danışıb. Prezident deyib ki, biz hazırda faktiki olaraq NATO-nun və xüsusən də bir sıra düşmən ölkələrin hərbi potensialı ilə üz-üzəyik”.

 

Qismən səfərbərlik qərarının nə qədər qüvvədə qalacağı ilə bağlı suallara cavab olaraq Peskov müvafiq fərmanda heç bir müddətin göstərilmədiyini vurğulayıb. Kremlin sözçüsünə qismən səfərbərlik fərmanının dərc olunmamış 7-ci maddəsi ilə bağlı da sual verilib. Bu maddənin xidmətə xas istifadəyə tabe olduğunu və buna görə də izah edə bilməyəcəyini ifadə edən Peskov “bircə onu deyə bilərəm ki, Sergey Şoyqu açıqlamasında 300 min nəfərdən bəhs edib. Amma müdafiə nazirinin də izah etdiyi kimi, bu, birdən baş verməyəcək”, deyə söyləyib.

 

Kremlin sözçüsü həmçinin bildirib ki, Rusiya hökuməti qismən səfərbərlikdən azad olunmaq hüququna malik insanların kateqoriyalarını ən qısa zamanda müəyyən edəcək.