Xalq artisti Aygün Kazımova sosial şəbəkədə yeni paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, sənətçi 1.2 milyon izləyicisi olan instaqram hesabında İranda zorakılığa məruz qalan Məhsa Əminin ölümünə etiraz edən status yazıb.
Follow @7timesaz
Xalq artisti 22 yaşlı gəncin fotosunu paylaşaraq “Qadın… Söylə görüm, bu həyatda nələr çəkdin, nələr gördün…” sözlərini qeyd edib.
Xatırladaq ki, ötən gün müğənni Günel Zeynalova da Məhsa Əmini ilə bağlı paylaşım edib. O, Məhsanın ölümünə səbəb olanların tez yada gec cəzalandırılacağını qeyd edib.