ABŞ-dan Rusiyaya gizli mesaj göndərilib.
Sfera.az bildirir ki, “Wall Street Journal” qəzetinin iddiasına görə, bu, Rusiya lideri Putinin “qismən səfərbərlik” elanının ardından növbəti addım kimi nüvə silahından istifadə edə biləcəyi ilə bağlı açıqlamasından sonra reallaşıb.
WSJ-nin məlumatına görə, mesajda Vaşinqton Moskvaya xəbərdarlıq edib və nüvə silahının istifadə ediləcəyi halda Rusiyanı “ciddi nəticələrin” gözləyəcəyini bildirib. Qəzet həmçinin Kremlin artıq Vaşinqtonun mesajından narahat olduğunu yazıb.
Digər tərəfdən münaqişəni yaxından izləyən Müharibə Araşdırmaları İnstitutu (ISW) Moskvanın 300 min nəfərdən söz açdığını, lakin mətbuata sızan əsgər sayının 1 milyon olduğunu vurğulayıb və bunun Rusiyada çaxnaşmaya səbəb olduğunu qeyd edib. ISW-nin məlumatına görə, hakimiyyət tərəfindən kobud rəftara məruz qalan, cəbhəyə göndəriləcək ehtiyatda olan hərbçilərin əhval-ruhiyyəsi son dərəcə aşağıdır.
Qeyd edək ki, fevralın 24-də Ukraynaya hücum edən Rusiya ordusu son 7 ayda ən azı 70 min əsgər itirib.
Follow @7timesaz