Dünya

“Məqsəd döyüş əməliyyatlarını maksimum uzatmaq, Rusiyanı zəiflətmək və taqətdən salmaqdır…”

“Məqsəd döyüş əməliyyatlarını maksimum uzatmaq, Rusiyanı zəiflətmək və taqətdən salmaqdır…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Donbas səkkiz il bombalananda harada olmusunuz?..”

 

“Məqsəd döyüş əməliyyatlarını maksimal uzatmaq, Rusiyanı zəiflətmək və taqətdən salmaqdır…”
“Moskva Qərbin Ukraynadan Rusiyanın təhlükəsizliyinə təhdidlər üçün platsdarm kimi istifadəsinə imkan verməyəcək…”
“Rusiya Beynəlxalq Cinayət Məhkəməsi və bir sıra beynəlxalq təsisatların ədalətinə bel bağlamır…”
Sergey Lavrov BMT Təhlükəsizlik Şurasında məlum səkkiz illə bağlı ittihamlarla çıxış edib
Rusiyadan təcacüzkar obrazı yaratmağa cəhd edilir, amma Kiyev tərəfindən Donetsk respublikalarında, milliyyətçi taborlarda insanların qətlini, rusdilli əhalinin hüquqlarının pozulduğunu, Minsk razılaşmalarının sabotaj edilməsini unudurlar.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Ukraynada vəziyyətə həsr edilən iclasında çıxış edərkən bəyan edib.
Onun çıxışının leytmotivini məşhur təbliğat vasitəsi olan 8 il barədə ittihamlar təşkil edib.
Onun sözlərinə görə, Donbas sakinləri qətlə yetirilib və yetirilməkdə davam edir, təkcə ona görə ki, onlar Ukraynada “dövlət çevrilişi”nin nəticələrini tanımayıb, bu zaman Qərb ölkələri Kiyevin törətdiyi zorakılığa göz yumub, indi isə tamamilə nasist mahiyyətli totalitar dövlətə çevrilən Ukraynaya dəstək verməklə münaqişə tərəfinə çevrilir.
“Ukraynanı durmadan silah və hərbi texnika ilə təchiz edən, bu ölkənin silahlı qüvvələrinin şəxsi heyətinə təlim keçən dövlətlərin mövqeyi xüsusilə riyakardır. Məqsəd aydındır, buni  gizlətmir və bəyan edirlər: qurbanlar və dağıntılara rəğmən, döyüş əməliyyatlarını maksimal surətdə uzatmaq, Rusiyanı zəiflətmək və taqətdən salmaqdır”, – Lavrov deyib.
O, Rusiyanı Ukraynada hərbi cinayətlər törərməkdə ittiham edən Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənqid edib.
Lavrov bəyan edib ki, nə Ukraynada “dövlət çevrilişi”, nə 2014-cü il mayın 2-də Odessa hadisələri, nə Donbasın dinc şəhərlərinin atəşə tutulması və bir çox başqa hadisələr Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hər hansı aydın reaksiya doğurmayıb.
“İndi isə Rusiya Federasiyası Beynəlxalq Cinayət Məhkəməsi və bir sıra beynəlxalq təsisatların ədalətinə bel bağlamır”, – nazir deyib.
Bu zaman Rusiya XİN rəhbəri BMT baş katibi Antoniu Qutterişdən “Buçada cəsədləri göstərilən” adamların adlarını dərc etməyi tələb edib.
Xatırladaq ki, Rusiya işğal edilən ərazilərdə dinc vətəndaşların kütləvi şəkildə qətlə yetirilməsini qəbul etmir və bunun Ukaynanın təxribatları olduğunu bəyan edir.
Lavrov həmçinin Kiyevin anti-Rusiya rolunu icra etməyə hazırlaşdığını sübut edən çoxsaylı faktların olduğu barədə məlumat verib.
O, bəyan edib ki, Moskva Qərbin Ukraynadan Rusiyanın təhlükəsizliyinə təhdidlər üçün platsdarm kimi istifadə edilməsinə imkan verməyəcək.