Aktual

“Tutaq ki, ermənilər lap Hindistana köçüb getdi və Ermənistanı bizə təhvil verdi…”

“Tutaq ki, ermənilər lap Hindistana köçüb getdi və Ermənistanı bizə təhvil verdi…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”Zəngəzur-Göycə dövləti” söhbəti neçə gündür sosial şəbəkəni məşğul edib. Amma ki, diqqət yetirəndə məna-məntiq görmürsən. Bu ideyanın müəllifləri irəli çıxıb bir açıq-aydın camaata izah versinlər, burada məqsəd nədir? Əgər bu məsələnin arxasında Azərbaycanımız, millətimiz üçün xeyir, birlik, güclənmə durursa və bu cür addım yalnız bir, ictimai-siyasi gediş, görüntü xarakterlidirsə bu başqa, açıq desinlər hədəf, məramlarını bilək. Bəlkə, dəstək verdik”.

 

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə siyasi analitik İlqar Altay çıxış edib. O, qeyd edib ki, yox, əgər doğurdan xəyal da olsa, Azərbaycan yanında daha bir Azərbaycan türkü dövlətini yaratmaq məqsədi varsa, onda suallar yaranır:

“Bilirik ki Zəngəzurlu, İrəvanlı Ermənistan ərazisi bizim tarixi Azərbaycanın dədə-baba xanlığıdır. Dünya düzəni də, beynəlxalq hüquqla və siyasi tanınma ilə rəsmi dövlətlərə, ərazilərə bölünüb. Və bu ərazilərdə də Ermənistan dövləti yaranıb, bütün dünyanın və bizim də, rəsmi tanıdığımız.

İndi tutaq ki, sabah dünya düzəni aləm qarışdı, ermənilər lap Hindistana köçüb getdi və İrəvan Zəngəzur, Göycəli Ermənistanı bizə təhvil verdi. Onda nə olacaq, Azərbaycana birləşməyib təzə “Zəngəzur-Göycə-İrəvan” dövlətimi yaranacaq? Birisi gün də, İran parçalansa, təzə Azərbaycan dövlətimi yaranacaq? Sonra da təzə bir Borçalı dövləti. Bəs bu, birlik, bütövləşmə harada qaldı? Bu absurdluqla yan-yana, sırayamı düzüləcək, azərbaycanlıların dövlətləri? Budurmu bizlərin, Azərbaycan türkünün birlik, dövlət təfəkkürü?!

İkinci sual. Azərbaycan Respublikası vətəndaşı, bu ölkənin imkanlarından yararlanan və eynilə də, bu dövlət və xalq qarşısında öhdəlikli şəxs, necə, ikinci bir dövlət yaratmaq barədə planlar, ideyalar qurur və üstəlik konkret addımlar atır? Və düşünmürmü ki, belə, xülya mahiyyətli boş, mənasız hay-küydən düşmənlər istifadə edib, vətəndaşı olduğu ölkəyə ciddi ziyan vura bilər?

Suallar yenə var, ancaq burada dayanaq və bu “ideya” sahibləri də, bir az dayanıb, düşünsünlər”.