Dünya

NATO-nun keçmiş baş katibindən Makrona sərt tənqid: “Sayəsində Rusiyaya qarşı həmrəylik pozuldu”

NATO-nun keçmiş baş katibindən Makrona sərt tənqid: “Sayəsində Rusiyaya qarşı həmrəylik pozuldu”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa prezidenti Emmanuel Makronun Ukraynadakı müharibə ilə bağlı diplomatik səyləri uğursuz olub və Kiyevə “dərin zərər” vurub.

7Times.az  Musavat.com-a istinadən xəbər verir ki, bu sözlər NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen tərəfindən Fransanın “Le Point” jurnalına verdiyi müsahibədə səslənib.
Rasmussen Emmanuel Makronun Şərqi Avropda müharibə başlayandan sonra belə “Vladimir Putinlə açıq xətt saxlanılmasının əhəmiyyəti” və “Rusiyanı alçaltmağın yolverilməzliyi” barədə fikirlərini də tənqid edib.
“Makron böhranın əvvəlində, yumşaq desək, Putinin alçaldılmaması ilə bağlı “unikal” bəyanatı ilə bizi təəccübləndirdi. Bu cür bəyanatlar fəlakətli və çox zərərli nəticələr doğurdu”, – deyə, Rasmussen əlavə edib.
Qeyd edək ki, Fransa prezidenti BMT-dəki son çıxışında Rusiyanı “müasir imperializmdə” ittiham edib və inkişaf etməkdə olan ölkələri Moskvaya qarşı çıxmağa çağırıb. Lakin bu keçmiş baş katibin Emmanuel Makrona tənqidi baxışını dəyişməyib.
Rasmussenin sözlərinə görə, Makron Ukrayna ilə bağlı yürütdüyü siyasətlə “beynəlxalq birliyi zəiflədib”. “Düşünürəm ki, o, indi peşmandır və liderliyi geri almağa çalışır”, – deyə, keçmiş baş katib vurğulayıb.