Fransanın PSJ klubunun futbolçusu Xuan Bernat karyerasını İtaliyada davam etdirə bilər.
“Report” “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Yuventus” 29 yaşlı müdafiəçi ilə maraqlanır.
İspaniyalı oyunçu az forma şansı əldə etdiyi üçün Paris təmsilçisindən ayrılmaq istəyir.
Turin klubu Bernatdan başqa İngiltərə “Tohhenhem”indən Serxio Regilon və Portuqaliya “Benfika”sından Alexandro Qrimaldonun da transferini nəzərdən keçirir.
Qeyd edək ki, Xuan Bernat 2018-ci ildən PSJ-də çıxış edir. Onun müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub.
Follow @7timesaz