Dünya

İbrahim Rəisi azərbaycanlıları ələ almağa çalışır

İbrahim Rəisi azərbaycanlıları ələ almağa çalışırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İran prezidenti İbrahim Rəisi Təbrizdə müəmmalı şəkildə həlak olan Hüseyn Ocağı adlı yarım hərbi “Bəsic” qrupunun üzvünün dəfni ilə bağlı açıqlamasında təbrizliləri ələ almağa çalışıb.
Təbrizlilərin “vilayəti fəqih”i dəstəklədiklərini iddia edən Rəisi etiraz aksiyasına qatılanları “iğtişaşçı və təxribatçı” adlandırıb.
Azərbaycanın İranın istiqlal və ərazi bütövlüyünün qorunub saxlanılmasında əsas rol oynadığını deyən İran prezidenti Azərbaycanı “İran istiqlaliyyətinin təməl mərkəzi” adlandırıb.

“Bu torpağın vilayəti dəstəkləyən xalqı, yüz minlərlə şəhidin qanı bahasına başa gələn inqilabı təşkilatlandırılan iğtişaşçı, provakator və islam cümhuriyyətinə düşmən qüvvələrin qarşısında müdafiəsiz qoymayacaqlar”- deyə, İbrahim Rəisi dar ayaqda azərbaycanlılar barədə bundan öncə də İran rəsmilərinin şablon fikirlərini təkrar edib.
Qeyd edək ki, sentyabrın 21-i gecə saatlarında Təbrizdə başlayan etirazlar zamanı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı yarım hərbi “Bəsic” qüvvələrinin üzvü Hüseyn Ocağı şübhəli şəkildə öldürülüb.
Hökumət onun etirazçılar tərəfindən öldürüldüyünü iddia etsələr də, fəallar adı çəkilən şəxsin təxribat törətmək və repressiyaları əsaslandırmaq üçün mülki geyimli təhlükəsizlik məmurları tərəfindən qətlə yetirildiyini bildirirlər.//gunaz.tv