Ukraynanın “Mən yaşamaq istəyirəm” layihəsinin qaynar xəttinə Rusiyada qismən səfərbərlik elan edildikdən sonra daha çox zənglər gəlməyə başlayıb. Yeni səfərbər olan ruslar zəng edib necə əsir düşməyi soruşurlar.
Moderator.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi kəşfiyyatının nümayəndəsi Andrey Yusov Rada telekanalının birbaşa efirində danışıb.
“Yəni zəng edib soruşurlar: səfərbər olsam, davranışlarım necə olmalıdır, nə etməliyəm, necə düzgün təslim olmalıyam… Belə hallar var”, – deyə Yusov bildirib.
O, həmçinin qeyd edib ki, Ukraynanın Rusiya qoşunları tərəfindən işğal olunmuş ərazilərinin öz iradəsinə zidd olaraq Rusiya ordusu sıralarına çağırıla bilən sakinləri də qaynar xəttə müraciət edə bilərlər.
“Ona görə də “Mən yaşamaq istəyirəm” layihəsi həm də Putin və “Rus dünyasının” naməlum idealları üçün ölümü yox, yenidən düşünüb həyatı seçmiş ruslar və Putinin hərbi maşınının qurbanına çevrilmiş digərləri üçün bir layihədir” -deyə Ukrayna MN-in kəşfiyyat nümayəndəsi vurğulayıb.
Follow @7timesaz