Xəbər verildiyi kimi, İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlara daha bir dəstək məşhur müğənni Melek Mossodan gəlib.
7Times.az xəbər verir ki, Mosso iranlı qadınları dəstəkləmək üçün səhnədə saçını kəsib.
İranda 22 yaşlı Məhsa Əmininin hicabını düzgün geyinmədiyi səbəbilə əxlaq polisi tərəfindən öldürülməsi iddiası ilə başlayan etirazlar günlərdir davam edir. Etirazlarda indiyədək ən azı 41 nəfər ölüb, çoxlu sayda insan isə yaralanıb.
Dünyanın müxtəlif ölkələrindən olan sənətçilər də İran xalqına dəstək məqsədilə müxtəlif bəyanatlar veriblər. Bəzi xanım sənətçilər də saçlarını kəsdiriblər
Türkiyədə məşhur sənətçi Mələk Mosso iranlı qadınlara dəstək olub. O, səhnədə saçını kəsməklə İran xalqının yanında olduğunu bildirib.Sfera.az
Follow @7timesaz