Xalq artisti Röya Ayxanın şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə ifa etdiyi mahnı təqdim olunub.
7Times.az xəbər verir ki, mahnı “Anım Günü”ndə müğənninin rəsmi musiqi platformalarında təqdim edilib.
“Yada düşürsən” adlı mahnıda Xalq artisti Nurəddin Mehdixanlı şəhidə ithafən yazılan sözləri də qiraət edib.
Qeyd edək ki, şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. F. Kərimli isə məktubdakı sözlərə musiqi bəstələyib.
Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. Onun döyüş yolu Füzuli rayonunun Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 1993-cü il aprelin 5-də Məngələnata yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.
Layihə şəhid Pərviz Əliyevin simasında Vətən uğrunda şəhadətə ucalan oğullarımıza həsr olunur.