Həlledici döyüş hələ qarşıdadır.
7Times.az xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının təsisçisi Artur Kazinyan öz Facebook səhifəsində yazıb.
“Ermənistanı təslim etməyə tələsməyin, müharibə hələ bitməyib və onun necə bitəcəyi hələ də böyük sual, çoxlu müəmmalarla doludur.
Mübarizəyə hazır olun, ümumerməni potensialını, həm hərbi, həm də intellektual sistemləri səfərbər edin.
Həlledici döyüş hələ qarşıdadır”, – deyə o bildirib.(KONKRET.az)
Follow @7timesaz