Rusiya Prezidenti Vladimir Putinin “qismən səfərbərlik” elan etməsindən sonra bu ölkədə yaşayan ermənilər (RF vətəndaşları – red.) kütləvi surətdə Ermənistana qaçmağa başladılar. İllərdir rusun çörəyini yedilər, Ermənistan müharibə şəraitində olanda “Bizim vətən Rusiyadır!” deyirlər, indi isə siçovul kimi İrəvana qaçırlar…
7Times.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri sosial şəbəkələrdə Stavropol diyarından olan ictimai fəal, erməni əsilli Rusiya vətəndaşı Asmik Xaçatryan yazıb.
“Bir neçə günə Moskva-İrəvan təyyarə reysinə bütün biletlər alındı. Siz necə də alçaq və qorxaqsız… Mən ölkənin hüquq-mühafizə orqanlarını İrəvana qaçmış erməniləri Rusiya vətəndaşlığından məhrum etməyə çağırıram. 44 gün davam edən müharibə zamanı Rusiyada yaşayan ermənilər Ermənistana getmədilər. Bəli, o zaman onlar Rusiya vətəndaşları idi. Onların vətəni bura idi. İndi isə Putin səfərbərlik elan edəndə siz hamınız birdən erməni oldunuz… Mən sizə görə utanıram. Erməni olmağımdan utanıram. Siçovul kimi qaçdınız”, – deyə Xachatryan yazıb.
Follow @7timesaz