Aktual

Tehrandan Ermənistana İLGİNC TƏKLİF: İran Zəngəzura ordu göndərməyə hazırlaşıb

Tehrandan Ermənistana İLGİNC TƏKLİF: İran Zəngəzura ordu göndərməyə hazırlaşıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Köçəryan hazırki vəziyyətin Ermənistan və Qarabağ erməniləri üçün ağır olduğunu etiraf edib. Keçmiş prezident onu da etiraf edib ki, bölgədə Ermənistanın rolu xeyli azalıb, əsas söz sahibi Türkiyə və Azərbaycandır”.

Bunu Milli.Az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Köçəryan da anlayır ki, Ermənistan indi Azərbaycana nəsə diqtə edə bilmək halında deyil: 

“Köçəryanın bir başqa etirafı Rusiyanın və KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) bölgədə rolunun və Azərbaycana təsir imkanlarının azalması ilə bağlıdır.

Robert Köçəryan “bəs çıxış yolu nədir” sualına cavab verə bilməyərək, əvvəlcə hakimiyyətə yiyələnməyin vacib olduğunu bildirib. Ancaq bunun çıxış yol olmadığını Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib. O, Ermənistan üçün çıxış yolunun Qarabağ məsələsinin unudulmasından, o cümlədən Azərbaycan və Türkiyə ilə sülh sazişlərinin imzalanmasından keçdiyini bildirib. Köçəryan Levon Ter-Petrosyanın bu yanaşmasını qəbul etməsə də, hakimiyyətə gəldiyi halda vəziyyətdən çıxış yolunu göstərə bilməyib.

Buna baxmayaraq, Köçəryan “itirilmiş torpaqları geri qaytaracağıq” şüarını səsləndirməyə də risk etməyib. Çünki Köçəryan da anlayır ki, Ermənistan indi o halda deyil ki, Azərbaycana nəsə diqtə edə bilsin. Köçəryan təklif edib ki, Ermənistan İranla birgə Qərbi Zəngəzurda birgə hərbi təlimlər keçirsin. Köçəryanın fikrincə, bu, Azərbaycanın Qərbi Zəngəzur istiqamətində irəliləməsinin qarşısını ala bilər.

Köçəryanın sözlərinə görə, Tehran belə bir təlimlərlə bağlı bir il əvvəl baş nazir Nikol Paşinyana müraciət edib. Paşinyan isə məsələni uzadıb. Görünür, Paşinyan Vaşinqtonun məsləhəti ilə İranla birgə hərbi təlimlərdən çəkinib.

Bəs Köçəryan bunu haradan bilir?

Böyük ehtimalla İran emisarları Paşinyandan narazılıqlarını onun əsas rəqiblərindən biri Köçəryana bildiriblər. İrandakı rejim bu saat canının hayındadır, Paşinyan ötən il İranla birgə hərbi təlimə razılaşmayıbsa, hazırda bu İrəvanın maraqlarına heç uyğun deyil. Ermənistan rəsmiləri hər ay Tehrana deyil, Vaşinqtona səfər edirlər”.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bunları bir neçə gün əvvəl İrəvanda keçirdiyi mətbuat konfransında deyib.