Sabah Beykoz Ədliyyəsində keçiriləcək məhkəmə ilə 5 aylıq evliliklərini bitirməyə hazırlaşan Hadisə ilə Mehmet Dinçerlər barədə yeni iddia irəli sürülüb.
7Times.az bildirir cütlüyün evliliyinin reper Murdaya görə bitdiyi bildirilib.
Şayiələrə görə, Mehmet Dinçerler və ailəsi Hadisənin klipində, o cümlədən konsertində repçi Murda ilə olan səmimi görüntülərinə reaksiya verib.
Müğənninin həmkarını qucaqlaması evdə narazılığın yaranmasına səbəb olub və iş adamı ilə ailəsi bu davranışa əsəbiləşib. Ailənin Hadisəyə “Necə qucaqlaşırsan? Evlisən” sözləri ilə təzyiq etdiyi bildirilib.
Qeyd olunub ki, məhz bundan sonra ifaçı təzyiqlərə dözməyərək ayrılmaq qərarına gəlib.Sfera.az
Follow @7timesaz