“Eviation” şirkətinə məxsus “Alice” adlandırılan, elektrik mühərriklə işləyən sərnişin təyyarəsi ilk uçuşunu həyata keçirib. İki mühərrikli təyyarə 1050 metr yüksəkliyə qalxa bilib.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Alice” birdəfəyə 400-500 km məsafəni qət etmək imkanına sahibdir. Təyyarənin sürəti 500 km/saat, yükgötürmə qabiliyyəti isə 1000 kq-dır. “Eviation” şirkətindən verilən açıqlamaya əsasən, təyyarənin ilk tədarükü 2027-ci ildə olacaq.
Təyyarənin texniki imkanlarının təkmilləşdirilməsindən sonra onun uçuş məsafəsi 800 km-ə qədər artırılacaq.