Dünya

“Onun sarsaq olduğunu əvvəllər yalnız mən bilirdim, indi bütün ölkə biləcək…”

“Onun sarsaq olduğunu əvvəllər yalnız mən bilirdim, indi bütün ölkə biləcək…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lüdmila Putinanın öz ərinə skeptik, hətta nifrətlə yanaşması barədə  müxtəlif tarixçələr eşitmişəm…”

“Yeri gəlmişkən, sizə məlumat verim ki, biz Lüdmila ilə ayrılmışıq…”
Rusiya prezidenti Vladimir Putinin həyat yoldaşı Lüdmila Putina ilə boşanmasını elan etmə tərzi onu “tam mənasında səciyyələndirir”.
Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində siyasi icmalçı və teleaparıcı Yevgeni Kiselyov bəyan edib.
Kiselyov qeyd edib ki, Vladimir və Lüdmilanın “mürəkkəb münasibətləri” olub və siyasi texnoloqlar onların hələ Putin prezident olmazdan öncə boşanmalı olduqlarını müzakirə edib.
“Lüdmila Putinanın öz ərinə skeptik, hətta deyərdim ki, nifrətlə yanaşması barədə müxtəlif tarixçələr qulağıma çatıb”, – Kiselyov bölüşüb.
O cümlədən, jurnalist onun Putin haqqında “Birinci şəxsin adından” adlı kitaba münasibətini xatırladıb.
Kitabda Putini həyatının müxtəlif dönəmlərində onu tanıyan insanların Putin haqqında müsahibələri və söylədikləri fikirlər yer alıb.
“Mən belə anlayıram ki, bu müsahibələr əsasında nəsə rabitəli mətnlər yazmaq alınmadığından, onlar hər şeyin olduğu kimi qalmasına qərar verib…Və Lüdmila Putina bu kitabı oxuyandan sonra, – mən bunu dəqiq bilirəm, – öz rəfiqəsinə deyib:
“Nə deyim, onun sarsaq (rusca “идиот”) olduğunu əvvəllər yalnız mən bilirdim, indi bütün ölkə biləcək”. Amma o, “sarsaq” ifadəsindən daha sərt söz işlədib”, – Kiselyov bəyan edib.
Batsman qeyd edib ki, o sözü birbaşa demək olarmı, Kiselyov dəqiqləşdirib ki, bu söz “mudak” olub (ruscadan tərcümədə ədəbsiz səsləndiyindən yazmırıq-red.).
“Buna baxmayaraq, onlar kifayət qədər uzun müddət birgə yaşayıb. Sonradan məlum olduğu kimi boşanıblar.
Putin bu barədə də gözəl deyib: “Hə, yeri gəlmişkən, biz Lüdmila ilə ayrılmışıq, sizə məlumat verirəm”. Bax, belə şıltaqcasına deyib. Xatırlayırsınızmı? Məncə, bu, onu tamamilə dolğun səciyyələndirən çox gözəl epizoddur. O, uzun illər yaşadığı həyat yoldaşından boşanması barədə, bax, belə deyir”, – jurnalist əlavə edib.
Kontekst:
Putin öz şəxsi həyatı barədə məlumatı gizlədir. Rəsmən o, 1983-2013-cü illərdə Lüdmila Şkrebnyova ilə nikahda olub. Onların Mariya (1985) və Katerina (1986) adlı iki qızları dünyaya gəlib.
2016-cı ildə “Sobesednik” nəşri məlumat verib ki, keçmiş birinci xanımın soyadı Oçeretnayadır. O, şəxsiyyətlərarası kommunikasıyaların inkişafı Mərkəzinin rəhbəri Artur Oçeretnıya ərə gedib.
Rusiya və Qərb KİV-lərinin məlumatına görə, Putinin uzun illər bədii gimnastika üzrə Olimliya çempionu, özündən 31 yaş kiçik olan Alina Kabayeva ilə şəxsi münasibətləri var.
“Wall Street Journal” qəzeti məlumat verib ki, Amerika hakimiyyətinin məlumatına görə, o, Putindən ən azı üç uşaq dünyaya gətirib.
Bundan başqa, Rusiya KİV-lərinin məlumatına görə, Putinin 2003-cü ildə, hələ rəsmən nikahda olanda, Yeluzaveta adlı nikahdankənar qızı doğulub. Qızın anası hazırda “Rossiya” bankının minoritar səhmdarı olan Sankt-Peterburq sakini Svetlana Krivonoqixdir. KİV-lər qeyd edib ki, Yelizaveta “fenomenal” olaraq Putinə bənzəyir.
2016-cı ildə şəxsi həyatı barədə suala Putin belə cavab verib: “Bəlkə də nə zamansa sizin marağınızı təmin edərəm. Düzünü desəm, mən bilmirəm, bu, məzənnəyə və ya neftin qiymətinə necə təsir edə bilər”.