Maqazin

“İncəsənət qurban yox, ağıl, mərdlik, kişilik tələb edir” – FOTO

“İncəsənət qurban yox, ağıl, mərdlik, kişilik tələb edir” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qadın dedi ki, sən niyə metro ilə gəzirsən, aktrisasan axı?”
“Əslində mən Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyirdim. Məni bacım bu sahəyə yönəldib. Dedi ki, bəlkə gedək aktrisa olaq? O özü də aktrisadır. Mən elə bilirdim ki, efirdə kimi görürüksə yalnız aktyor-aktrisa onlardır, bu sənətə gələndən sonra bildim ki, aktyor-aktrisa çoxdur. Sən demə onların çoxu kulis arxasında qalmışdı”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Mətanət Eres deyib. O daha sonra əlavə edib.
“Biz serialda, teatrda, kinoda tam başqa oluruq, həyatda isə tam başqa. Obrazımın təsiri altında çox yaşamıram, amma ondan sitatlar gətirirəm. Bir serialda and içirdim ki, “Sarı Seyidin sınanmış cəhdinə and olsun”. Yolda məni görüb deyirdilər ki, “o and içən sənsən?”. Məşhurluğun gözəl tərəfləri də olur, xoşuma gəlməyən tərəfləri də. Dükan-bazara gedəndə mən də hamı kimi rahat olmaq istəyirəm, amma alınmır. Bir dəfə metroda gedəndə hiss etdim ki, bir qadın məni tanıyıb, diqqətlə baxır. Birdən qadın dözməyib dedi ki, “sən niyə metroda gəzirsən?” Bəzən özünə mənəm-mənəm deyənlər var ki, mən utanıram özümə aktrisa deyim. Onların çoxu ilə tərəf müqabili oluram, çoxuna sözü necə demək lazımdırsa onu öyrədirəm. Biz aktrisalar rejissorların, rejissorlar da bizim sözümüzə baxmalıdırlar. Çünki rejissorsuz aktyor, aktyorsuz rejissor olmaz. İncəsənət qurban tələb etmir, ağıl, mərdlik, kişilik tələb edir”, – deyə o bildirib.
Aktrisa bu sənətdə birliyin olmamasından şikayətlənib.
“Aktyorlara, sənətçilərə hörmət azalıb. Bunun da səbəbkarı elə sənətçilərin özləridir. Bizim sənətdə birlik yoxdur. Mənə təklif olunan obraza çəkilmirəmsə, gedib başqasını ucuz qiymətə çəkirlər. Ucuz qiymətə niyə çəkilməliyəm ki?! Dost, qardaş layihələrində çəkilib qazanmalıyıq, pulsuz çəkilmək vaxtımız getdi daha. Hamının pula ehtiyacı var. Hər şey bahalaşır, amma sənətçilərin pulu, qonorarı bahalaşmır ki, bahalaşmır”, – deyə o bildirib.