Çin və Hindistan nümayəndələrinin BMT Baş Assambleyasında və ondan sonra təşkil edilən toplantılardakı çağırışları Rusiyanı məyus edib.
Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiyanın müttəfiq hesab etdiyi ölkələrin tez-tez müharibəni bitirmək barədə çağırışlar etməsi Moskvanı narahat edib. Bildirilir ki, Çin və Hindistan vasitəçilik təklif edib və müharibənin başa çatdırılması üçün hərəkətə keçəcəklərini açıqlayıb. Ekspertlər bildirir ki, ümumiyyətlə BMT-də Çin də daxil olmaqla heç bir ölkə Rusiyaya dəstək verməyib. Politoloqlar ölkələrin bu mövqeyini “Putin lap təcrid olundu” kimi təhlil ediblər.Qeyd edək ki, Çin xarici işlər naziri Vanq Yi, Rusiya və Ukraynaya səslənərək müharibəni başa çatdırmaq barədə çağırış etmişdi. Vanq Yinin müharibə başlayandan sonra ilk dəfə Ukraynanın xarici işlər naziri Dimitro Kuleba ilə görüşməsi diqqət çəkmişdi.
Follow @7timesaz