İdman

AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi postundakı taleyinə aydınlıq gələcəyi vaxt açıqlanıb.

“Report” xəbər verir ki, bu, oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclasında bəlli olacaq.

İK saat 15:00-da start götürəcək toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.

Bundan əlavə, iclasda digər məsələlərə də baxılacaq:

– Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə

– Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi

– Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi

– Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi

– Digər məsələlər