Dünya

Britaniya parlamentində Baş nazirə etimadsızlıq səsverməsi keçirilə bilər

Britaniya parlamentində Baş nazirə etimadsızlıq səsverməsi keçirilə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasından olan deputatlar parlamentdə Baş nazir Liz Trasa etimadsızlıq səsverməsi keçirilməsini təklif ediblər.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın “Blomberq” nəşri yazıb.

Məlumata görə, deputatlar hökumət başçısının enerji böhranı ilə mübarizə proqramını bəyənməyiblər. Qanunverici orqanın üzvləri belə bir planın ölkə iqtisadiyyatını məhv edəcəyini və nəticədə Londonun daha çox kredit alacağını düşünürlər.

Qeyd edək ki, Britaniyanın xarici işlər naziri Liz Tras sentyabrın 5-də ölkənin yeni Baş naziri seçilib. O, bu vəzifədə Boris Consonu əvəz edib.