79-cu “Venesiya Film Festivalı”nda təqdim olunan “Banu” filminin rejissoru, eyni zamanda baş rol ifaçısı azərbaycanlı aktrisa Təhminə Rafaellanın toy mərasimi baş tutub.
Lent.az OLAY-a istinadən xəbər verir ki, sənətçi amerikalı rejissor Henri Hugeslə ailə qurub.
Mərasim paytaxt restoranlarının birində keçirilib. Cütlük açılışda “Uzundərə” musiqisinin sədaları altında rəqs də edib.
Gecədə Xalq artistləri Zülfiyyə Xanbabayeva, Əməkdar artist Ədalət Şükürov kimi sənətçilər sevilən mahnıları ilə iştirak edib.
Toydan maraqlı görüntüləri Təhminə sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.