Dünya

Türkiyəli tanınmışlar şəhidin son vəsiyyəti üçün hərəkətə keçdi – Video

Türkiyəli tanınmışlar şəhidin son vəsiyyəti üçün hərəkətə keçdi – Videobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ordusunun İraqın şimalında həyata keçirdiyi “Pençe-Kilit” əməliyyat bölgəsində şəhid olan türkiyəli hərbçi Yusuf Ataşın vəsiyyətinin yer aldığı video diqqət çəkib. Belə ki, o, görüntülərdə “əgər ölsəm, leykozdan əziyyət çəkən bir qız uşağının həyatı boyunca bütün xərclərini qarşılayın. Bir də bayramda gedib anamla atamın əlini öpün” deyə, bildirib.

7Times.az Axşam.az-a istinadən xəbər verir ki, şəhidin son sözlərinə reaksiya verənlər arasında türkiyəli tanınmışlar da yer alıb. Şahan Gökbakar, Yasemin Sakallıoğlu, Çelik Erşiçi videonu izlədikdən sonra ianələr etdiklərini açıqlayıblar.

Müğənni Çelik “Yusuf Ataş qardaşımızın vəsiyyətini yerinə yetirməyə hazıram. Ailəsi ilə əlaqə qurmağa çalışacağam. Onun vəsiyyətini yerinə yetirmək şərəfdir”.

Komediyaçı Yasemin Sakallıoğlu “20 oktyabrdakı tamaşamdan qazanacağım gəlirimi indidən LÖSEV-ə (Leykozlu Uşaqlar Vəqfinə) bağışlayıram. Özü həyatda olmayarkən belə başqasına həyat verməyi xəyal edən sənin kimi ürəkli bir övlad yetişdirdiyi üçün o dəyərli ailənin əllərindən hər an öpürəm. Haqqın ödənməz”.

Komediyaçı Şahan Gökbakar da həmkarı kimi vəqfə 50 min lirəlik ianə edib.