“Olimpiakos”un ən böyük azarkeş qruplarından olan “Tyra 7” “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının qrup matçı öncəsi bir dəqiqəlik sükutu pozacaqlar.
7Times.az bnsports.gr-yə istinadən xəbər verir ki, buna səbəb UEFA tərəfindən “Frayburq”la ev oyununda pirotexniki əşyalardan istifadə edən azarkeşlərin cəzalandırılması olub. Belə ki, Pirey təmsilçisi 50 min avro məbləğində cərimələnib və stadionun ən aktiv azarkeşlərinin olduğu şimal tribunası qismən bağlanıb.
Yunan azarkeşlər bu qərara etiraz olaraq, İndoneziya çempionatının 11-ci turunda “Arema” – “Persebaya” görüşündən (2:3) sonra olan iğtişaşlar zamanı dünyasını dəyişənlərin xatirəsinə həsr edilən sükutu pozmaq qərarına gəliblər. Azarkeşlər matçın 174-cü saniyəsində (həlak olanların sayı bu qədərdir) – yəni 2-ci dəqiqənin 54-cü saniyəsindən 1 dəqiqəlik sükut elan edəcək.
Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” matçı sabah saat 23:00-da başlayacaq.
Follow @7timesaz