Dünya

Ukraynanın ərizəsi 11 NATO ölkəsi tərəfindən dəstəkləndi

Ukraynanın ərizəsi 11 NATO ölkəsi tərəfindən dəstəkləndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın NATO-ya üzv olmaq ərizəsi artıq 11 ölkə tərəfindən dəstəklənib. 

7Times.az  xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak məlumat verib.

“Biz Ukraynanın NATO-ya daxil olması prosesinə başlayırıq və onu sona çatdıracağıq. Rəsmi müraciətimiz artıq NATO-nun Brüsseldəki mənzil-qərargahındadır. Ərizəmiz Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya da daxil olmaqla, 11 ölkə tərəfindən açıq şəkildə dəstəklənib”, – deyə PA rəhbəri “Telegram”da yazıb.

Qeyd edək ki, NATO-ya üzv olmaq üçün alyansa üzv olan 30 ölkənin hamısının razılığı lazımdır.