Ermənistanın baş naziri Nikol Paşinyan sülh gündəliyinin həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürüb..
7Times.az xəbər verir ki, bu barədə “newsarmenia” məlumat yayıb.
Paşinyan çıxış yolunu Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında gördüyünü bəyan edib.
“Mən təsdiq edirəm ki, biz sülh gündəliyinə sadiqik və təsdiq edirəm ki, son müsahibəmdə dediklərimi – sülh gündəliyinin bu düstur üzrə həyata keçirilməsi məsuliyyətini öz üzərimə götürürəm. Bu gündəliyi praktiki olaraq həyata keçirmək üçün parlament çoxluğunun və xalqın dəstəyini gözləyirəm”, – deyə baş nazir bu gün keçirilən parlament iclasında deyib.
Qeyd edək ki, Paşinyan bir neçə gün əvvəl Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu deyib.