Dünya

Bir millimetrə də geri addım atmayacağıq – Akardan Yunanıstana reaksiya

Bir millimetrə də geri addım atmayacağıq – Akardan Yunanıstana reaksiyabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nə masada, nə də ərazidə bir addım geri atmaq və ya geri qalmaq bizim üçün mümkün deyil”.

7Times.az  xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

Yunanıstanda müəyyən siyasətçilərin davamlı olaraq Türkiyə əleyhinə danışdıqlarını, daxili siyasətdə yer qazanmaq üçün yalana əl atdıqlarını ifadə edən Akar, “Bir millimetr geri çəkilmək yoxdur, bununla bağlı nə etmək lazımdırsa, edilib və edilir. Xüsusilə, Hərbi Dəniz Qüvvələrimizə və Hərbi Hava Qüvvələrimizə bununla bağlı dəqiq göstəriş verilib. Bizim bu məsələdə anlayış göstərməyimiz, güzəştə getməyimizdən söhbət gedə bilməz. Arxalarında kim olursa olsun, ‘Ölsəm, şəhid olsam’ anlayışı ilə nə lazımdırsa etməyə qərarlıyıq” deyə bildirib.

Nazir Yunanıstanın əxlaqı, qanunu, həqiqətə uyğun olmayan çıxışları və təxribatları ilə tipik bir “pis qonşuluq” nümunəsi sərgilədiyini ifadə edib:

“Egey sərvətlərinin beynəlxalq hüquq və mehriban qonşuluq münasibətləri çərçivəsində ədalətlə bölüşdürülməsini istəyirik” .

Hulusi Akar Yunanıstanın 15 iyun-15 sentyabr tarixləri arasında milli və dini bayramlarda heç bir təlim olmayacağına dair 1988-ci il memorandumu belə yerinə yetirmədiyini açıqlayıb:

“Biz Yunanıstanla NATO daxilində müttəfiqik, xalqlar da bir-birini tanıyır. Biz qonşuyuq. Ona görə də biz qısa müddətdə mehriban qonşuluq münasibətləri qura və bundan bəhrələnə bilərik. Lakin Yunanıstanda bir neçə siyasətçi öz şəxsi hesablamalarına əsaslanaraq bu gərginliyi qoruyur”.